понедельник, 13 октября 2014 г.

Təhsil və Elm haqqında
Təhil ilə elm arasında fərq müəllimi lə alim arasında fərq qədərdir.
Təhsil -  bilik, vərdiş və məlumatların gənc nəslə ötürülməsi və öyrədilməsi prosesidir. Bu prosesin idarəedən tərəfi müəllimdir. Orta məktəblərdə insanın gələcək fəaliyyəti üçün lazım olan baza təhsili öyrədilir. Baza təhsilinin məzmunu cəmiyyətin inkişafına  uyğun olmalıdır. Ondan geri qalmamalıdır. Elmi tədqiqat üçün lazım olan baza təhsilini ali məktəbdə verirlər. Elm - yeni biliklərin əldə edilməsidir. Elm - haqqın, gerçəkliyin axtarılması yolunda alim fəaliyyətidir. Elmi nəticələr insanlar və nəsillər tərəfindən mənimsəniləndə biliyə çevrilir. Bilik - zaman və məkandan asılı olmayaraq bəşəriyyətin tarix boyu topladığı  haqq və gerçəkliklərin toplumudur. Bilik - tarixi təcrübə ilə təsdiqlənən elmi nəticələr toplumudur. Elmi nəticələr zaman keçdiycə kütləviləşəndə biliyə çevrilir. Elmdə yenilik əldə etmək çətin deyildir. Təhsildə yenilik etmək çox çətindir.
Təhsil - milli və bəşəri hadisədir. Elm - bəşəri və milli hadisədir. Təhsildə təhsilalan hadisənin obyektidir. Elmdə alim tədqiqatın  subyektidir. Təhsil qocalmayan sahədir.  Elm tez qocalan sahədir. Bir elm sahəsi yaranır, digər sahə qocalıb sıradan çıxır. Təhsil müqəddəs sahədir. Fundamental sosial institutdur. Elm qeyri fundamental sosial institutdur. Müasir dövrdə ölkələrin inkişaf səviyyəsi iqtisadi meyarlarla yanaşı, həm də onun təhsil sistemindəki vəziyyət və mövcud kadr potensialı ilə də ölçülür. Bu da təsadüfi deyil. Çünki hər bir ölkədə gedən bütün mənfi və müsbət proseslər insan amili ilə sıx əlaqədardır. Hərtərəfli və davamlı inkişafın etibarlı yolu elm və təhsilə daha çox diqqət və qayğı göstərilməsindən və onun müasir dünya standartlarına uyğun təşkilindən keçir. Məhz buna görə də qərb və yer kürəsinin digər qabaqcıl dövlətləri özlərinin inkişaf səviyyələrini qoruyub saxlamaq və yeni hədəflərə doğru irəliləmək üçün bu sahəyə birinci dərəcəli əhəmiyyət verirlər:

1999-cu ildə “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” təsdiq olunduqdan sonra bütün təhsil sistemində, o cümlədən ali təhsil pilləsində islahatlar məqsədyönlü şəkildə aparılmağa başlayıb. Həmin Proqrama müvafiq olaraq digər pillələrdə olduğu kimi, ali təhsildə də struktur dəyişiklikləri aparılıb, müəssisələrin şəbəkəsi optimallaşdırılıb, mütəxəssis hazırlığının strukturuna yeni ixtisaslar əlavə olunub. Təhsil sahəsində islahat proqramının əsas məqsədi məktəbəqədər, orta, ali, ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ hüquqi bazanı yaratmaq, cəmiyyətin Azərbaycan Konstitusiyasında, Təhsil Qanununda təsbit olunmuş tələbləri, siyasi, iqtisadi və sosial həyatın demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirməkdən ibarətdir. Göstərilən tələblərə cavab verən təhsil sisteminin strukturunun, məzmununun, kadr hazırlığı və təminatının, tədris, elmi-metodiki və informasiya təminatının idarə olunmasının, maddi-texniki bazasının və iqtisadiyyatının islahatı müstəqil Azərbaycanın gələcəyi üçün təhsil sisteminin üstün inkişaf etdirilməli sahə olduğunu təsbit etməyə imkan verən etibarlı bazanın yaradılmasını təmin edir. Ölkədə elmin və mədəniyyətin inkişafı, demokratik vətəndaş cəmiyyətinin qurulması, modernləşdirilmiş istehsalat-mülkiyyət sistemi əsasında sabit iqtisadi artıma nail olunsun. Aşağıdakı prinsipləri əhatə etməlidir, demokratikləşdirilmə, humanistləşdirilmə, inteqrasiya, differensiallaşdırma, fərdiləşdirilmə, humanitarlaşdırılma prinsiplərinə əsaslanaraq, təhsil alanın şəxsiyyət kimi formalaşdırılmasını, onun təlim-tərbiyə prosesinin əsas subyektinə çevrilməsini başlıca vəzifə hesab edən, milli zəminə, bəşəri dəyərlərə əsaslanan, bütün qurumların fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılmasıdır. İslahatın humanitar xarakterli olması, onun insanların yaradıcı və keyfiyyətli fəaliyyətinin hərtərəfli açılmasına yönəldilməsi, islahatda şəxsiyyətin hüquq və azadlıqlarının təmin edilməsi, islahatın praktiki yönümlülüyü - dövlətin və cəmiyyətin malik olduğu vəsaitlə təmin oluna bilən məqsəd və tədbirlərin, yenilik və dəyişikliklərin həyata keçirilməsinə yönəldilməsi, təhsil sisteminin mütənasib inkişafının təmin edilməsi, mövcud təhsil sistemində toplanmış təcrübənin mütərəqqi əsaslarını saxlamaqla müstəqil Azərbaycanın strateji məqsədlərini həyata keçirməyə qadir olan intellektual potensialın formalaşdırılmasında inkişaf etmiş ölkələrin özünü doğrultmuş və mövcud elmi-pedaqoji ictimaiyyətin qəbul etdiyi təcrübəsindən istifadə olunması əsas məqsədlrədəndir: 

Комментариев нет:

Отправить комментарий