Texniki humanitar lisey, Mingəçevir

TEXNİKİ    HUMANİTAR   LİSEY



    1992-ci ildə müəllim və şagird kontingentinin böyüklüyü və idarəetmənin çətin olması ilə əlaqədar Mingəçevir şəhər 10 saylı məktəb iki yerə ayrıldı. Məktəbin köhnə binasında 29 sinif və 631 şagird olmaqla 15 saylı məktəb fəaliyyətə başladı. Məktəbin binası 1953-cü ldə tikilmiş və Mingəçevirin ilk təhsil ocaqlarından biri idi. 2005-ci ildə yüksək nəticələrinə görə məktəb respublikanın 50 ən yaxşı məktəbi sırasına daxil oldu. 2007-2008-ci tədris ilində isə məktəbimiz respublikanın 20 ən yaxş məktəbi arasında 9-cu yerdə qərar tutdu. Məktəb 2007-ci ildə ali məktəblərə qəbul faizinə və 600-dən yuxarı bal toplayan şagirdlərin sayına görə ən reytinqli məktəblər sırasında olmuşdur. Bu uğurların nəticəsi olaraq Azərbaycan Respublikasın Təhsil Naziri cənab M.Mərdanovun 18 mart 2008-ci il 347 saylı əmri ilə 15 nömrəli məktəbin bazasındaTexniki Humanitar Lisey (THL) yaradılmışdır. 2008-2009-cu tədris ilində THL "İlin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur. Bütün bu uğurlarına görə və son illərdə məktəbin qəza vəziyyətində olması ilə əlaqədar Heydər Əliyev fondunun təşəbbüsü ilə sökülərək yerində müasir tələblərə cavab verən Texniki Humanitar Liseyin binası inşa edilmişdir.

Liseyin maddi-texniki bazası

     Liseydə geniş və işıqlı 45 sinif  otağı, bundan başqa ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyaları olan fizika, kimya və biologiya kabinetləri, 2 kompüter zalı, bütün lazımi avadanlıqlarla təmin olunmuş bufet, ən müasir işiqlandırma sistemi və 150 oturacaq yeri olan akt zalı, 30 yerlik kiçik tədris mərkəzi vardır.
    Liseydə ulu öndərimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto şəkilərdən ibarət Heydər Əliyev guşəsi yaradılmışdır.
    Liseydə şagirdlərin sağlam böyüməsi üçün hər cür şərait yaradılmışdır. Beləki, lisey daxilində bütün lazimi idman avadanlıqları ilə təchiz olunmuş örtülü idman zalı inşa edilmişdir.
    Liseydə tədris zamanı istifadə olan 40 ədəd kompüter, 1 ədəd nootbuk, 3 ədəd proyektor, 5 ədəd printer, 1 ədəd kserks aparatı və 1 ədəd skayner, 1 ədəd elıektron lövhə vardır.


Liseyin strukturu və fəaliyyətinin əsasları


"Təhsil qanun"na uyğun olaraq, Liseydə təhsil üç pillədən ibarətdir:
İbtidai təhsil pilləsi- I-IV siniflər
Orta təhsil pilləsi- V-IX siniflər
Tam orta təhsil pilləsi- X-XI siniflər
Liseyin I sinfinə şagird qəbulu müsahibə (şifahi sorğu) yolu ilə, II-X siniflərə isə müsabiqə (yazılı test sorğusu) əsasında aparılır. Bu müqsədlə "Şagird qəbulu üzrə müsabiqə komissiyası" yaradılır və bir tədris ili müddətində fəaliyyət göstərir. Müsabiqə Təhsil Nazirliyinin müəyyən etdiyi müddətdə keçirilir.
Liseyə şagird qəbulu elanla bildirilir. Elanla qəbul qaydaları şərh edilir.
Zərurət olduqda müsabiqə komissiyasının işinə liseyin digər fənn müəllimləri cəlb edilə bilər.
Lisey istedadlı şagirdlərin hərtərəfli inkişafını fəaliyyətinin əsası saydığından, xüsusi istedadlı şagirdlər, müxtəif fənn olimpiadalarının və bilik yarışlarının qalibləri tədris ili ərzində müsabiqə komissiyasının rəyinə əsasən Liseyə qəbul edilə bilər.
Müsabiqənin nəticələrinə əsasən Liseyə qəbul ediləcək şagirdlər "Şagird qəbulu üzrə müsabiqə komissiyası"nın qəərarı ilə müəyyən edilir və Liseyin direktorunun əmri ilə rəsmiləşdirilir.
I sinfə cari dərs ilinin 01 noyabrınadək 6 yaşı tamam olan uşaqlar qəbul edilirlər. Xüsusi istedadlı 6 yaşı tamam olmayan uşaqlar müstəsna hal kimi Təhsil Nazirliyinin razılığı ilə müsabiqədə iştirak edə bilərlər.
Təhsilin hər 3 pilləsində şagird şəxsiyyətinin formalaşdırılması "Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin nümunəvi əsasnamə"sinə uyğun aparılır.
Liseyin I-VII siniflərində tədris prossesi ümumi əsaslarla, VIII-XI siniflərdə isə təmayüllü siniflərdə aparılır.
Şagirdlərin istedadının aşkara çıxarılması, onun gələcək inkişafının düzgün istiqamətləndirməsinin təmin edilməsi mə;qsədi ilə Liseydə VIII siniflərdən başlayaraq şagirdlərin maraq, meyl, qabiliyyətlərinə və valideyinlərin arzularına uyğun olaraq aşağıdakı təmayüllü siniflər yaradılır:
1.    Texniki siniflər;
2.    Humanitar siniflər.
Lisey ümumtəhsil məktəbləri üçün bazis tədris planına uyğunlaşdırılmış, fərdi "Tədris planı" əsasında fəaliyyət göstərir. Həmin tədris planı liseyin təcrübəli və bu sahədə səriştəsi olan yüksək elmi, metodiki və pedaqoji hazırlığa malik fənn müəllimləri tərəfindən və fənn metodbirlşməsi rəhbərlərinin iştirakı ilə tərtib edilir. Lisey Pedaqoji şurasında müzakirə edilir və Təhsil nazirliyində təsdiq edilir və bir tədris ili üçün qüvvədə olur.

Комментариев нет:

Отправить комментарий