Texniki Humanitar liseyin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, əməkdar müəllimMəmmədov Sahib Əmirxan oglu
     1960-cı ildə anadan olub. 1979-cu ildə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı Institunu bitirib. 1992-ci ildən Mingəçevir şəhər 15 li orta məktəbə direktor təyin edilib. 2008-ci ildən Mingəçevir şəhər Texniki Humanitar liseyin direktorudur. Pedaqogika üzrə fəlsəfə doktoru və əməkdar müəllimdir. YAP-ın üzvüdür. Ailəlidir. Iki oglu var.




Təhsildəki islahatlar təhsili irəli aparacaq

    Artıq neçə ildir ki, təhsildə əsaslı dəyişikliklər həyata keçirilir. Bu islahatın əsas məqsədi hərtərəfli bilik və bacarıga malik gənc nəslin formalaşdırılmasıdır. Təhsilin bu günki məqsədi şagirdə biliyi hazır şəkildə vermək deyil, bu biliyi əldə etməyi öyrətməkdir. Təlimin ən başlıca vəzifələrindən biri şagirdlərə düşünməyi öyrətmək, onlarda idraki qabiliyyəti inkişaf etdirməkdir. Bu baxımdan şagirdləri geniş araşdırmalara sövq edən, müstəqil fikirlərini söyləməyə istiqamətlənən və bütövlükdə onlarda öyrənməyə böyük maraq yaradan yaradıcı dərslərin böyük əhəmiyyəti var. Azərbaycan təhsilində özünün xüsusi dəst-xətti ilə sezilən, yaranmasından az müddət keçmisinə baxmayaraq bir çox ugurlar əldə edən qabaqcıl təhsil ocaqlarından biri kimi H.Əliyev fondunun təşəbbüsü ilə inşa edilərək istifadəmizə verilmiş Mingəçevir şəhər Texniki Humanitar liseyin başlıca vəzifələrindən biri də milli amallara xidmət edəcək vətəndaş yetişdirmək, onların inkişafına hər tərəfli şərait yaratmaq və potensiallarını düzgün istiqamətləndirməkdir. Bildiyimiz kimi Azərbaycanın ümumtəhsil məktəblərində həyata keçirilən yeni Kurikulumların tətbiqindən 4 il keçir. Bu tədris ilində ibtidai təhsil pilləsi üzrə bu mühüm işə yekun vurulur. Bunun üçün tərəfimizdən xüsusi hazırlıq işləri aparılmış, əldə edilən nəticələrin qiymətləndirilməsi üçün tələb olunan əsas istiqamətlər müəyyənləşdirilmişdir. Milli standartlar əsasında qiymətləndirmə vasitələri hazırlanmışdır. Əldə olunan nəticələr ümumiləşdirilərək müəllim və valideynlərlə birlikdə geniş təhlil olunacaqdır.

Комментариев нет:

Отправить комментарий