2010-2011-ci tədris ilinin uğurları
  • Texniki Humanitar Liseyin 52 məzunundan 37 nəfəri tələbə adına layiq görülmüşdür. Onlardan 4 nəfəri 600-dən yuxarı nəticə göstərmişdir:
    1. Şükürzadə Ülvi Vaqif---671bal---AMİ-müalicə işi
    2. Nəbiyeva Ülkər Vüqar--648 bal---BDU---hüquqşünaslıq
    3. Qaralı Osman Afis---630 bal---AMİ--- sanitariya fakultəsi
    4. Əlizadə Dağlar Mahir---613 bal---AMİ-müalicə işi 
              • Texniki Humanitar Liseyin riyaziyyat və informatika müəllimi İsmayılova Sevda Camal qızı 2011-ci tədris ilində "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olmuşdur.
    • Rus dilinin intensiv tədrisi layihəsi çərçivəsində VI sinif şagirdi Seyfullayev Amil Cəlil oğlu rus dili fənni üzrə olimpiadanın birincisi olmuşdur.
    • İnklüziv təhsil layihəsi çərçivəsində Yaponiya səfiri və xanımı, səfirliyin digər nümayəndələri, "Dünyaya baxış-Yaponiya" cəmiyyətinin nümayəndələri ilk dəfə liseyimizdə olmuş və görülən işlərdən məmnun qalmışlar.
    • "Məktəb uşağın dostudur" layihəsi xətti ilə "Gigiyenik məktəb" layihəsində uğurla iştirak etmiş və Təşkilat Komitəsinin sertifikatına layiq görülmüşdür.
    • Şəhər Təhsil Şöbəsi tərəfindən texniki fənlər üzrv keçirilən bilik yarımasında Liseyin şagirdləri komanda şəklində I yerə layiq görümülər.
    • Turizm ilinə həsr edilmiş "Vətənimin seyrinə çağırıram elləri" adlı əyləncəli intelektual idman yarışı, "Ağıl ağıldan üstündür" adlı valideynlərin, müəllimlərin, şagirdlərin və şəhərimizdə fəaliyyət göstvrən ali məktəb müəssisələrinin tələbvlərinin iştirak etdiyi intelektual bilik yarışı
    • Azərbaycan Müəllimlər İnstitunun Mingəçevir filialının tələbələri üçün master-dərslər keçirilmişdir.
    • Mingəçevir Politexnik Institunun rəhbər işçilərinin və müəllimlərinin iştirakı ilə inteqrasiya olunmuş dərslər keçilmişdir.
    • Mingəçevir Politexnik Institunun alimlərinin iştirakı ilə Kiçik Akademiya üzvlərinin elmi işlərinin müdafiəsi keçirilmişdir.
    • YAP üzvləri, təhsil işçilərinin bir qrup nümayəndələri ilə liseyin gənc müəllimlərinin "Azərbaycan Gəncliyi Dövlət Proqramını hazırlanması haqqında" ölkə prezidentinin sərəncamı ilə bağlı dəyirmi masa keçirilmişdir.
    • Kurikulum siniflərind' bütün fənlər üzrə böyük summativ qiymətləndirmə keçrilərək qarşılıqlı əməkdaşlıq çərçivəsində təbiət-riyaziyyat, humanitar elmlər təmayüllü liseyin ibtidai sinif müəllimlərinin iştirakı ilə geniş müşavirə keçirilmiş və il ərzində bu sahədə görülən işlərin analizi aparılmışdır.
    • QHT iştirakı ilə liseydə ingilis dilində kitablardan təşkil olunmuş kitabxana yaradılmış və "Kiatb oxu" marafonu keçirilmişdir.
    • Liseyin X sinif şagirdi Kurkunayeva Səbinə və Baxşəliyev Kamran Sülh Korpusunun keçirdiyi yazı müsabiqəsində I yerə çıxmışlar. Kurqunayeva Səbinə FLEX proqramı üzrə Amerikada təhsil almaq hüququ qazanmışdır.
    • Azərbaycan Milli VMA-nın təşbbüsü ilə Gəncə məktəblilərinin VMA nümayəndələri liseyimizdə olmuş və görülən işlərlə tanı olmuşlar.
    • VMA-nın dəstəyi ilə liseydə radio qovşağı quraşdırılmış və fəaliyyət göstərir.
    • THL-in IX sinif şagirdi Mustafa Leyla Ekologiya ilə bağlı müsabiqənin qalibi olmuşdur.
    • Fənn olimpiadalarının Respublika turunda Liseyin IX sinif şagirdi Məlikov Fuad Azərbaycan dili fənni üzrə IV yerə çıxmışdır.
  • Mingəçevir şəhər Texniki Humanitar Lisey Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmişdir.
    MƏKTƏBİN TƏDRİS FƏALİYYƏTİ
    TƏDRİS MÜƏSSİSƏSİNİN İŞİNİN MƏQSƏDİ:
    • Təhsilin keyfiyyətinin yüksəlməsini təmin etmək.
    • Tədris prosesinin inkişafı üçün dövlət tədris standartlarına uyğun şəraitin yaradılması;
    Məktəbin 2011-2012-cu tədris ili üçün mətni:
    • innovasiya üsullarının və informasiya texnologiyalarının öyrədilməsi prossesində şagirdlərin sərbəst fəaliyyətinin inkişafının təmin edilməsi.

Комментариев нет:

Отправить комментарий